“Real”ın baş məşqçisi Karlo Ançelotti yeni mövsümdə “qaymaqlılar”ın başlıca fəsadı olaraq təxmin edilən sualı cavablayıb.
Arena.az məlumat verir ki, söhbət italyan mütəxəssisin çoxlu sayda bacarıqlı hücumameyilli oyunçunu meydanda necə yerləşdirməyi planlaşdırdığı barədə məqamdan gedir.
Karlo Ançelotti ağır nəfəs alaraq, sözə başlayıb: “Bu, böyük fəsaddır. Bütün yayı kim oynayacaq, kim oynamayacaq deyə fikirləşirdim. Bu, mənim məzuniyyətimi pozdu. Amma düşünürəm ki, sonda qərar vermək asan olacaq, çünki onlar yaxşı oyunçulardır. Sonda onlar oynayıb komandaya kömək edəcəklər”, deyə italyan mütəxəssis əminliklə bildirib.
Xatırladaq ki, “Real”ın heyətində Vinisius Junior, Rodriqo Qoes, Kilian Mbappe, Endrik, Cud Bellingem kimi adlar var. Bu oyunçuların hər biri əsas heyətdə yer almağa iddialıdırlar.