“Real”ın baş məşqçisi Karlo Ançelotti komandada nəsi dəyişməsinin öhdəsindən necə gəldiyi haqda söhbət açıb.
Arena.az “Universe Madrid” dərgisinə istinadən, italyan mütəxəssisin bu barədə fikirlərini təqdim edir:
“Mən “Real”da nəsillərin dəyişməsinin öhdəsindən necə gəlirəm? Bu, təbii olaraq baş verir, mənim təkan verməyimə ehtiyac yoxdur. Gedən əfsanələr var, başqaları qalıb… Hər şeyin əsası veteranlar arasında eqoizmin olmamasıdır ki, bu da gənc futbolçuların komandaya yaxşı uyğunlaşmasına imkan verir”, deyə Ançelotti vurğulayıb.
Xatırladaq ki, “kral klubu”nun düşərgəsində Naço Fernandes, Daniel Karvaxal, Lukas Vaskes, Toni Kross, Luka Modriç, Tibo Kurtua və David Alaba kimi veteranlar oynayırlar. Eyni zamanda, “Real”ın heyətində gənc ulduzlar yetişirlər: Orelyen Tçuameni, Cud Bellingem, Brahim Dias, Federiko Valverde, Arda Güler, Niko Paz, Vinisius Junior və Rodriqo Qoes.


