“Real”ın baş məşqçisi Karlo Ançelotti və həmçinin mütəxəssisin məşqçilər qərargahı özlərinin klubdakı gələcəyindən əmin deyillər.
Arena.az “The Athletic”ə istinadən xəbər verir ki, “Kral klubu”nun prezidenti Florentino Peres tərəfindən məşqçilər qərargahına göstərilmiş ictimai dəstəyə baxmayaraq, şəxsi söhbətlərdə klub rəhbəri birmənalı danışmır.
Bu məqam məşqçilər qərargahında etibarsızlıq və məyusluq hissləri doğurub. Onlar öz gələcəyi barədə klubdan tam təsdiq almadıqları üçün cari vəziyyəti “qəribə” kəlməsi ilə ifadə ediblər. Həmçinin məçqçilər qərargahında transfer kampaniyası ilə bağlı narahatlıq doğuran məqamlar qeyd edilib. Ançelotti klub rəhbərliyinin komandada problemli mövqeləri aradan qaldırmaq üçün vəsait yatırmasına şübhə edir.
Xatırladaq ki, Ançelottinin “Real” ilə müqaviləsi 2024-cü ilə qədər qüvvədədir.