“Real”ın baş məşqçisi Karlo Ançelotti yeni mövsüm üçün hədəflər və komandada gələcək dəyişikliklərlə bağlı fikirlərini bildirib.
Arena.az “Madrid Universal” dərgisinə istinadən, italyan mütəxəssisin bu barədə fikrini təqdim:
“Komandanın məqsədi yığcam olmaqdır. Vinisius Junior, Kilian Mbappe və Rodriqo Qoes təpki edirlər, yarımmüdafiəçilər isə irəli getmirlərsə, bu Vinisius və Mbappenin fəsadı deyil. Biz xətləri bir-birinə yaxınlaşdırmalıyıq, başqa heç nə”, deyə Ançelotti vurğulayıb.
Xatırladaq ki, “Real” cari mövsümə UEFA Super Kubokunda qalibiyyətlə başlasa da, İspaniya La Liqasında xallar itirib. “Kral klubu” məğlub olmasa da, gözləniləməz heç-heçələrə görə La Liqanın cari lideri “Barselona”dan 4 xal geriyə düşüb. “Real” 11 xalla 4-cü, “Barselona” isə 15 xalla 1-ci pillədədir.


