Almaniyanın “Hoffenhaym” klubu hücumçusu Andrey Kramariç ilə müqavilənin müddətini artırıb. Arena.az xəbər verir ki, bu barədə Bundesliqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.
Xorvatiyalı futbolçu ilə müddəti 2025-ci ilin iyununa qədər olan yeni sözləşmə imzalanıb.
Xorvatiya millisinin də üzvü olan Andrey Kramariç 2016-cı ildən Bundesliqa təmsilçisində çıxış edir. O, “Hoffenhaym”da indiyə qədər 211 oyun keçirib. 30 yaşlı forvard 101 qolla klub tarixinin ən yaxşı bombardiridir.
Kramariç Zaqreb “Dinamo”sunun yetirməsidir. O, ölkəsində “Lokomotiva” və “Riyeka” klublarının da uğurları üçün çalışıb. Təcrübəli forvard 2015/16 mövsümündə İngiltərənin “Lester Siti” klubunun da formasını geyinib. Millidə 65 matça çıxan futbolçu, 16 qolla yadda qalıb.