Andrey Lunin “Real”ı tərk etmək fikrindədir

Futbol üzrə Ukrayna milli komandasının qapıçısı Andrey Lunin İspaniyanın “Real” klubundan ayrılmaq haqda düşünür.

Arena.az məşhur “Marca” dərgisinə istinadən xəbər verir ki, qolkiper kifayət qədər oynaya bilməməsindən narazıdır.

Lunin cari mövsümdə bir neçə oyunda meydana çıxsa da, gələcəkdə sabit oyun vaxtı ala biləcəyindən əmin deyil. Məsələ burasındadır ki, zədəsini sağaltmış Tibo Kurtuanın qayıdışından sonra Lunin yenidən ehtiyat oyunçular skamyasına oturmalı olub.

Luninin “Kral klubu” ilə müqaviləsi 2024-cü ildə bitəcək. Ancaq bu amil qapıçının “Real”dan ayrılması üçün əngəl deyil.

Andrey Lunin cari mövsümdə 12 dəfə madridlilərin qapısını qorumaq imkanı əldə edib. Bu oyunlarda 13 qol “yeyib”, 4 dəfə isə qapısını toxunulmaz saxlamağı bacarıb.