Andrey Lunyov: “Yığmadan zəng olub, amma dəvət gəlməyib”

“Qarabağ”ın rusiyalı qapıçısı Andrey Lunyov Rusiya yığmasının məşqçilər qərargahı ilə əlaqələrindən danışıb.

Arena.az məlumat verir ki, 32 yaşlı qolkiper bu barədə “Çempionat”ın müxbiri Oleq Lısenko ilə xüsusi müsahibəsində söhbət açıb:

“Zəng olub, amma çağırış isə hələ yoxdur. Vitali Vitalyeviç Kafanov zəng edərək Avropa Liqasında mərhələ adlamağım, oyunum münasibətilə təbrik edib. Ötən dəfə gəlişim “Bayer”dəki zədə səbəbindən pozulmuşdu. Mən təkcə gəlmək yox, oynamaq istəyirəm. Əlbəttə, gözləyirəm. Bu və ya digər şəkildə çağırış – bu, görülmüş işin qiymətləndirilməsidir. Çox xoş olardı”, deyə Lunyov bildirib.

Rusiyalı qapıçı “Bayer”dən ayrıldıqdan sonra Rusiyaya qayıtmaq seçimi haqda sualı da cavablayıb:

“Müəyyən bir mərhələyə qədər, yox (düşünmürdüm – redaktorun qeydi). Amma zədəmi sağaltdıqca Rusiyadan seçimlər peyda olmağa başladı. Cədvəlin yuxarı hissəsindən deyil. Başıma qayıtmaq haqda fikir gəldi. Amma tanrıya şükür ki, elə, alındığı kimi də oldu”, deyə Lunyov “Qarabağ”da olmasında razılığını ifadə edib.

Xatırladaq ki, 2023-cü ilin yayında “Bayer”dən “Qarabağ”a keçən Andrey Lunyovun Ağdam klubu ilə müqaviləsinin müddəti bu ilin iyununda başa çatır. 32 yaşlı qolkiper cari mövsümdə Azərbaycan çempionunun heyətində 22 oyuna çıxıb, 29 qol buraxıb, 7 qarşılaşmada qapısının toxunulmazlığını təmin edə bilib.

Andrey Lunyov daha öncə “Zenit”, “Kaluqa”, “Ufa”, “Torpedo” (Moskva), “İstra”, “Saturn” və “Bayer”də də forma geyinib. O, Rusiya milli komandasında da 7 oyuna çıxıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: