“Instagram” sosial şəbəkəsində şəhvətli profili ilə məşhur olan model Violetta Bert (Qraçova) yenidən gündəmə gəlib.
Arena.az məlumat verir ki, bu dəfə gözəlin adı Sankt-Peterburq “Zenit”inin futbolçusu Andrey Mostovoyla hallanıb.
“Çelsi”nin futbolçusu Mixaylo Mudrikin rəfiqəsi olan Violettanın sorağı Andrey Mostovoyla Dubaydakı musiqi konsertindən gəlib.
Mostovoy və Violetta sosial şəbəkələrdə rep janrında parçalar ifa edilmiş bu tədbirdən eyni məkandan hekayələr yerləşdiriblər. Eyni zamanda, Mostovoy sosial şəbəkələrdə Violettanı fəal surətdə bəyənir. 2022-ci ilin yayında cütlüyün Sankt-Peterburqda çayda qayıqla necə üzdükləri ilə bağlı eyni hekayələr ortaya çıxmışdı.
Bundan əlavə, Mudrik və Violetta da bir-birini bəyənir və eyni geolokasiya ilə hekayələr dərc edirlər. Bu məqamdan sonra sosial şəbəkələrdə Mudrik və Violetta ukraynalı istifadəçilər tərəfindən sərt şəkildə tənqidlər və təhqirlərlə üzləşmişdilər.