Andrey Popoviç yenidən “Sumqayıt”da!

Futbol üzrə Azərbaycan millisinin sabiq qapıçısı Andrey Popoviç yenidən Premyer Liqamızda çıxış edəcək. Arena.az xəbər verir ki, sözügedən futbolçu sabiq klubu “Sumqayıt”a qayıdıb.

Bu barədə Sumqayıt klubunun mətbuat xidməti məlumat yayıb. Son olaraq, Ukraynanın LNZ (Çerkası) klubunda çıxış edən futbolçu ilə bu mövsümün sonuna kimi müqavilə imzalanıb. O, köhnə-yeni komandasında 23 nömrəli formada çıxış edəcək.

Andrey Popoviç 2011/12, 2013/14 və 2014/15 mövsümlərində də “Sumqayıt”ın şərəfini qoruyub. 30 yaşlı qolkiper vaxtilə Azərbaycanda “Bakı”, “Abşeron”, “Turan Tovuz” və “Qəbələ”də də forma geyinib. Azərbaycanın aşağı yaş qrupları üzrə yığmalarının, əsas millimizin də uğurları üçün çalışmış Popoviç, 2016-cı ildən Ukraynada çıxış edirdi.