İngiltərənin “Çelsi” klubu bu ilin yanvar ayında Braziliyanın “Vasko da Qama” klubundan transfer etdiyi Andrey Santos ilə yollarını ayırıb. Arena.az xəbər verir ki, London təmsilçisi Braziliyadan olan 18 yaşlı futbolçunu elə “Vasko da Qama”ya icarəyə göndərib.
Bu barədə Premyer Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb. Yarımmüdafiəçinin bu mövsümün sonuna – iyunun 30-na kimi “Vasko da Qama”da icarədə oynayacağı açıqlanıb.
Xatırladaq ki, “Çelsi” Andrey Santosu yanvarın 6-da 12.5 milyon avro qarşılığında heyətinə qatdığını açıqlamışdı. Gənc futbolçunun “zadəganlar”la müqaviləsin 2030-cu ilin 30 iyununa qədər nəzərdə tutulub.
Andrey Santos məhz “Vasko da Qama”nın yetirməsidir. O, 2021-ci ildən bu klubun əsas komandasında forma geyinir. Mərkəz yarımmüdafiəçisi burada 37 oyun keçirib, 8 qol vurub. O, Braziliyanın aşağı yaş qrupları üzrə yığmalarında da oynayıb.