Andrey Şevçenko Ukrayna millisindən getdi

Futbol üzrə Ukrayna millisinin baş məşqçisi Andrey Şevçenko postundan ayrılıb. Arena.az xəbər verir ki, bu barədə 45 yaşlı mütəxəssisin özü məlumat yayıb.

Şevçenko sosial şəbəkə hesabında yaydığı açıqlamada bildirib ki, millinin baş məşqçisi kimi 5 illik müqaviləsi bu gün başa çatır və o, postunda qalmayacaq:

“Hesab edirəm ki, bu 5 ildə müasir futbolda oynaya bildiyimizi sübut edə bildik. Ukrayna Futbol Assosiasiyasına, mənimlə çalışan hər kəsə, eləcə də millinin üzvlərinə, azarkeşlərimizə sonsuz təşəkkür edirəm. Uğurlar!”

Qeyd edək ki, Ukrayna millisi bu ilin yayında keçirilən AÇ-2020-də Şevçenkonun rəhbərliyi altında 1/4 finala kimi irəliləmiş, bu mərhələdə İngiltərə yığmasına uduzmuşdu.

Andrey Şevçenko 2016-cı ildən Ukrayna yığmasına rəhbərlik edirdi. O, ölkəsinin millisində qısa müddət köməkçi kimi çalışmış, daha sonra baş məşqçi dəyin olunmuşdu.

Xəbəri sosial şəbəkələrdə paylaş: