Andriya Lukoviç “Zirə”ni Serbiya klubuna dəyişdi

Bir neçə gün öncə “Zirə”dən ayrılan serbiyalı mərkəz yarımmüdafiəçisi Andriya Lukoviç artıq özünə yeni iş yeri tapıb.

Arena.az xəbər verir ki, 29 yaşlı futbolçu karyerasını ölkəsinin “Radniçki” komandasınnda davam etdirəcək.

Bu barədə sözügedən klubun rəsmi saytı məlumat yayıb. İlk açıqlamada müqavilənin detalları açıqlanmayıb. Amma təcrübəli oyunçunun ən azı bu mövsümün sonuna kimi “Radniçki”nin uğurları üçün çalışacağı dəqiqdir.

Xatırladaq ki, Andriya Lukoviç 2022-ci ilin avqust ayından “Zirə”nin uğurları üçün çalışırdı. 29 yaşlı yarımmüdafiəçi paytaxt klubunun heyətində 38 oyuna çıxıb, 2 məhsuldar ötürmə ilə yadda qalıb. Bakı təmsilçisi yanvarın 5-də onunla müqaviləni qarşılıqlı razılaşma əsasında ləğv etmişdi.

Lukoviç daha öncə “Vozdovaç”, “Rad”, PSV, B SAD, “Famalikan”, “Rakuv”, “Srvena Zvezda” kimi klublarda da forma geyinib.