Azərbaycan Premyer Liqasında mübarizə aparan “Zirə”nin futbolçusu Ange Mutsinzi Ruanda yığmasında növbəti matçına çıxıb.
Arena.az xəbər verir ki, o, Afrika Millətlər Kubokunun qrup mərhələsinin 4-cü turu çərçivəsində Beninə qarşı oyunda iştirak edib.
Doğma meydanda baş tutan qarşılaşma Ruandanın 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Start heyətində yer alan 26 yaşlı müdafiəçi 90 dəqiqə meydanda olub.
Ruanda yığması 4 oyuna topladığı 5 xalla yer aldığı D qrupunda 3-cü sırada qərarlaşıb.
Ange Mutsinzi “Zirə”yə bu yay Norveçin “Jerv” klubundan cəlb olunub. Mərkəz müdafiəçisi ilə 3 illik müqavilə imzalanıb. O, Azərbaycan klubunun heyətində 16 oyun keçirib.
Mutsinzi 2019-cu ilin sentyabr ayında debüt etdiyi Ruanda yığmasının heyətində 26 oyuna çıxıb, 1 məhsuldar ötürmə ilə yadda qalıb.