“Tottenhem”in baş məşqçisi Angelos Postekoqlu Premyer Liqanın 16-cı turunda “Çelsi”yə ev məğlubiyyətinə (3:4) aydınlıq gətirib.
Arena.az “Tottenhem”in mətbuat xidmətinə istinadən, yunanəsilli avstraliyalı mütəxəssisin bu barədə fikrini təqdim edir:
“Əgər “Çelsi” ilə oyuna baxsaq, mən özünəinamsızlıq və ya inamsızlıq görmürəm. Məncə, əksinədir. Hər iki penalti əlacsızlıqdan idi. Düşünürəm ki, oyunçular mövsümün gedişatını dəyişmək üçün ümidsizdirlər və mövsümün necə getdiyindən çox məyusdurlar. Bu vəziyyətdə olanda siz çox ehtiyac duyduğunuz nizam-intizamı və özünə nəzarəti itirirsiniz. Özümüzə inam olmasaydı, “Çelsi”yə qarşı belə oynaya bilməzdik”, deyə Angelos Postekoqlu vurğulayıb.
Əlavə edək ki, “mahmızlar” 2:0 hesablı üstünlük qazansalar da, bunu əldən verərək 2:4 hesabı ilə məğlub vəziyyətə düşüblər. “Tottenhem” hesab arasındakı fərqi azaltmağa müvəffəq olsa da, “zadəganlar” 4:3 hesablı qələbə qazanıblar.
15 turdan sonra 20 xal toplamış “Tottenhem” yarış cədvəlinin 11-ci pilləsində qərarlaşıb. “Çelsi” isə 31 xalla 2-ci pillədədir. Premyer Liqaya 14 oyundan 35 xalla “Liverpul” başçılıq edir.


