Angelos Postekoqlu İngiltərə yığmasını çalışdıracaq? – Özü açıqladı

“Tottenhem”in baş məşqçisi Angelos Postekoqlu İngiltərə yığmasını çalışdıracağı ilə bağlı yayılan şayiələri cavablayıb.

Arena.az “Daily Mail” dərgisinə istinadən, yunanəsilli avstraliyalı mütəxəssisin bu barədə fikirlərini təqdim edir:

“Biz mövsümöncəsi məşqlər keçirik, mən isə “Tottenhem”in baş məşqçisiyəm. Başqa heç nə haqda düşünmürəm. Diqqətimi cəmlədiyim yeganə məqam klub və onun uğurudur. Nahardan sonra mürgüyə getmişdim, ona görə də bütün söz-söhbətləri qaçırdım. Heç orada nə yazdıqlarından da xəbərim yoxdur”, deyə Angelos Postekoqlu bildirib.

Xatırladaq ki, mətbuatda, ingilis mütəxəssis Qaret Sautqeytin daha əvvəl tərk etdiyi İngiltərə yığmasını Angelos Postekoqlunun çalışdıra biləcəyi barədə daha əvvəl məlumat yayılmışdı. Vurğulanırdı ki, avstriyalı mütəxəssis artıq bir neçə ildir ki, İngiltərə Futbol Assosiasiyasının (The FA) maraq dairəsi siyahısındadır.