Frsansanın “Anje” komandasının baş məşqçisi Jerald Batikl istefaya göndərilib. Arena.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Baş məşqçinin səlahiyyətlərini müvəqqəti olaraq Abdel Buazama əvəzləyəcək. Yeni baş məşqçinin isə yaxın zamanda müəyyənləşəcəyi diqqətə çatdırılıb.
Jerald Batikl 2021-ci ilin may ayından bu komandaya rəhbərlik edirdi. Liqa 1 təmsilçisi bu mütəxəssisin rəhbərliyi altında 54 oyuna çıxıb və cəmi 12 qələbə qazanıb. 13 görüşdə heç-heçə edən “Anje”, 29 qarşılaşmada da məğlubiyyətə üzülüb. Onun istefasına komandanın cari mövsümdəki uğursuz çıxışı səbəb olub. Belə ki, “Anje” bütün yarışlar nəzərə alınmaqla ardıcıl son 8 oyunda uduzub. Fransa Liqa 1-də komanda 15 turdan sonra 8 xalla turnir cədvəlinin sonuncu – 20-ci pilləsində qərarlaşıb.