“Ankaragücü” Hikmet Karaman ilə anlaşdı

Türkiyənin “Ankaragücü” klubunun yeni baş məşqçisi müəyyənləşib.

Arena.az xəbər verir ki, bundan sonra sözügedən komandanı Hikmət Karaman çalışdıracaq.

Bu barədə Super Liqa klubunun rəsmi saytı məlumat yayıb. 61 yaşlı mütəxəssislə 1.5 illik müqavilə imzalanıb.

Karaman son olaraq “Yeni Malatyaspor”u çalışdırıb.

Cari mövsümdə Türkiyə Super Liqasında keçirdiyi 22 oyunda 18 xal toplayan “Ankaragücü” turnir cədvəlinin 20-ci pilləsində qərarlaşıb.