Anri sosial şəbəkələri tərk etməsinin səbəbini açıqladı

“Arsenal”ın və “Barselona”nın fransalı keçmiş hücumçusu Tyeri Anri sosial şəbəkələri tərk etməsinin səbəbini açıqlayıb.

Arena.az bu barədə “The Athletic” dərgisinə istinadən məlumat verir:

“Sosial media zorakılığa səbəb ola bilər – bunu istədiyiniz kimi adlandırın. Bu, irqinizə, axmaq bir videoya və ya inancınıza görə ola bilər.

Mən səhv xatırlamıramsa, üç-dörd il əvvəl sosial şəbəkələri tərk etmişəm. Onlar yalnız iş üçün gərək idi. Agentim onları idarə edirdi, heç vaxt telefonumda olmayıblar. Mən onlardan asılı olmaq istəmirəm. Telefonumu götürüb ona baxmaq istəmirəm. Bu, beyni yuyur.

Onları rədd etdim, çünki bir anda bir çox qaradərili Premyer Liqa oyunçusu təhqir edilirdi. Buna görə də öz-özümə dedim ki, şöhrətimin bununla mübarizə apara biləcəyini görmək üçün sosial mediadan imtina edərək açıqlama verəcəyəm”, deyə Anri bildirib.

Xatırladaq, irqçilik fəsadı müasir futbolda son vaxtlar geniş vüsət alıb və bu qəbildən təzahürlərə qarşı mübarizənin vacibliyi dəfələrlə vurğulanır.