Ansi Aqolli Bakıya gəldi

“Qarabağ”ın sabiq futbolçusu Ansi Aqolli Bakıya gəlib.

Arena.az xəbər verir ki, 38 yaşlı müdafiəçi bununla bağlı “İnstagram” hesabında paylaşım edib.

O, İçərişəhərdə çəkilmiş şəklini paylaşaraq, “salam, Bakı, nətərsən?” sözlərini yazıb.

2010-2019-cu illər aralığında “Qarabağ”da çıxış edən Aqolli, hazırda ABŞ-ın “Nyu York Kosmos” klubunda forma geyinir.