Ansu Fati qalır – “Barsa” qərarını verdi

İspaniya çempionu “Barselona”nın 20 yaşlı hücumçusu Ansu Fati Kataloniya komandasında qalmaq niyyətindədir.

Arena.az bu barədə “Mundo Deportivo”ya istinadən xəbər verir.

Məlumatda Fatinin klubundan ayrılmaq istəmədiyi və komandada vacib oyunçu olduğunu sübut etməkdə qərarlı olduğu deyilir.

“Barselona” Fatinin daha bir mövsüm klubda qalacağına ümid edir.

Daha əvvəl, Kataloniya klubunun yay transfer pəncərəsində Fatini satmaq istədiyi haqda məlumat yayılmışdı.

Ansu Fati 2022/2023 mövsümündə “Barselona”nın heyətində 51 oyuna çıxıb. O, bu oyunlarda 10 qol vurub, 4 məhsuldar ötürmə edib, komandası ilə İspaniya çempionluğunu və superkubokunu qazanıb.

“Transfermarkt” internet-portalı Ansu Fatini 35 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş: