“Antalyaspor” da baş məşqçisi ilə vidalaşdı

Türkiyənin “Antalyaspor” klubu baş məşqçisi Ersun Yanal ilə yollarını ayırıb. Arena.az xəbər verir ki, bu barədə Super Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Xəbərdə 59 yaşlı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verildiyi diqqətə çatdırılıb. Klub həm Yanala, həm də onun köməkçilərinə xidmətlərinə görə təşəkkür edib, gələcək karyeralarında uğurlar diləyib.

Ersun Yanal 2020-ci ilin noyabrından “Antalyaspor”a rəhbərlik edirdi. O, bu komandanı bütövlükdə 46 matça çıxarıb. Antalya təmsilçisi bu görüşlərdə 14 qələbə qazanıb, 16 heç-heçə edib, 16 məğlubiyyətə üzülüb. Onun komandası bu mövsüm meydana çıxdığı 8 oyunda cəmi 2 qələbə qazandığı halda, 1 heç-heçə edib və 4 məğlubiyyətlə üzləşib.