Futbol üzrə Azərbaycan milli komandasının müdafiəçisi Anton Krivotsyuk “Visla”da növbəti matçına çıxıb. Arena.az xəbər verir ki, 24 yaşlı futbolçu Polşa çempionatının 16-cı turu çərçivəsində baş tutan “Rakov”la matçın iştirakçısı olub.
Plotsk təmsilçisi bu rəqiblə səfərdə qarşılaşıb. Futbolçumuzun komandası meydanı ağır məğlubiyyətlə tərk edib – 1:7.
Anton Krivotsyuk bu görüşə start heyətdə başlayıb və 59-cü dəqiqədə əvəzlənib. Millimizin üzvü əvəzlənərkən hesab 1:4 olub.
Son iki oyunundan xalsız ayrılan “Visla” 16 oyuna topladığı 25 xalla 18 iştirakçı arasında 7-ci pillədə qərarlaşıb.