Futbol üzrə Azərbaycan milli komandasının müdafiəçisi Anton Krivotsyuk “Visla”da növbəti matçına çıxıb. Arena.az xəbər verir ki, 24 yaşlı futbolçu Polşa çempionatının 11-ci turu çərçivəsində baş tutan “Pyast”la matçın iştirakçısı olub.
Plotsk təmsilçisi bu rəqiblə doğma meydanda qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb – 1:0. “Visla” 88-ci dəqiqədə vurduğu yeganə qol sayəsində 3 xala sahib çıxıb. Bu komanda son dörd matçdan üçündə uduzub, birində isə heç-heçə etsə də, bu dəfə uğursuz gedişata son qoymağı bacarıb.
Anton Krivotsyuk bu görüşə start heyətdə başlayıb və sonadək mübarizə aparıb.
“Visla” 11 oyuna topladığı 20 xalla 18 iştirakçı arasında 1-ci pillədə qərarlaşıb.