Futbol üzrə Azərbaycan millisinin müdafiəçisi Anton Krivotsyuk Polşanın “Visla” (Plotsk) komandasında növbəti matçına çıxıb. Arena.az xəbər verir ki, onun komandası Polşa çempionatının 6-cı turu çərçivəsində “Rakuv”la üz-üzə gəlib.
Futbolçumuzun komandası bu rəqiblə doğma meydanda qarşılaşıb. “Visla” meydanı 1:1 hesablı heç-heçə ilə tərk edib.
Anton Krivotsyuk bu matça start heyətdə başlayıb və sonadək mübarizə aparıb.
“Visla” 5 turdan sonra 7 xalla 18 kollektiv arasında 9-cu pillədə qərarlaşıb.


