Anton Krivotsyuk oynadı, “Visla” səfərdən xalsız döndü

Futbol üzrə Azərbaycan millisinin müdafiəçisi Anton Krivotsyuk Polşanın “Visla” (Plotsk) komandasında növbəti matçına çıxıb. Arena.az xəbər verir ki, onun komandası Polşa çempionatının 7-ci turu çərçivəsində “Qurnik” (Lençna) ilə üz-üzə gəlib.

Futbolçumuzun komandası bu rəqiblə səfərdə qarşılaşıb. “Visla” meydanı 2:3 hesablı məğlubiyətlə tərk edib.

Anton Krivotsyuk bu matça start heyətdə başlayıb və sonadək mübarizə aparıb. O, 72-ci dəqiqədə sarı vərəqə ilə də cəzalanıb.

“Visla” 7 turdan sonra 7 xalla 18 kollektiv arasında 13-cü pillədə qərarlaşıb.