Anton Krivotsyuk oynadı, “Visla” tək qolla qalib gəldi

Futbol üzrə Azərbaycan millisinin müdafiəçisi Anton Krivotsyuk Polşanın “Visla” (Plotsk) komandasında növbəti matçına çıxıb. Arena.az xəbər verir ki, onun komandası Polşa çempionatının 25-ci turu çərçivəsində “Yagelloniya” ilə üz-üzə gəlib.

Futbolçumuzun komandası bu rəqiblə səfərdə qarşılaşıb və 1:0 hesabıyla qalib gəlib.

Anton Krivotsyuk bu matça start heyətdə başlayıb və sonadək oynayıb. O, 48-ci dəqiqədə sarı vərəqə ilə də cəzalanıb.

Plotsk “Visla”sı 25 turdan sonra 36 xalla 18 kollektiv arasında 7-ci pillədə qərarlaşıb.