Anton Krivotsyuk üçün 5 dəqiqə və 3 xal

Futbol üzrə Azərbaycan milli komandasının müdafiəçisi Anton Krivotsyuk “Visla”da növbəti matçına çıxıb. Arena.az xəbər verir ki, 24 yaşlı futbolçu Polşa çempionatının 17-ci turu çərçivəsində baş tutan “Krakoviya” ilə matçın iştirakçısı olub.

Plotsk təmsilçisi bu rəqiblə doğma meydanda qarşılaşıb. Futbolçumuzun komandası meydanı qələbə ilə tərk edib – 1:0.

Anton Krivotsyuk bu görüşün 85-ci dəqiqəsində meydana buraxılıb.

“Visla” 17 oyuna topladığı 28 xalla 18 iştirakçı arasında 3-cü pillədə qərarlaşıb.