“Napoli”nin baş məşqçisi, italyan mütəxəssis Antonio Konte “eşşəkciklər”in sükanı arxasından ayrıla biləcəyinə eyham vurub.
Arena.az “Football Italia” dərgisinə istinadən, italyan mütəxəssisin müvafiq açıqlamasını təqdim edir:
“Mən möcüzələrə güvənərək, planlaşdırmadan yaşaya bilmərəm. İstəmirəm ki, məni məhv etsinlər. Mən, bizim layihələrimizin qarət edilməsinə şahidlik etmişəm. Mən Neapolda xoşbəxtəm, elə, mənim ailəm də, çünki orada günəş, ecazkar yemək, mehriban insanlar var. Amma bu, mənim şəxsi həyatımdır və mən əldə etdiyimlə kifayətlənə bilmərəm.
Mən məsuliyyət daşıyıram, siz isə, kütləvi informasiya vasitələrinin nümayəndələri, hansılar ki, əgər Konte ehtiyat oyunçular skamyasında qalsa, onda komanda qalib gələr, deməklə bunu mənim üzərimə qoymusunuz.
Bu məsuliyyəti mənim üzərimə qoyduğunuzu nəzərə alaraq, mən azarkeşləri məyus etmək istəmirəm.
Mən prezidentə rəğbət bəsləyir və hörmət edirəm. Onlar məndən yardım əlimi uzatmağı xahiş etmişdilər, mən də bunu edirəm, amma “Napoli” azarkeşləri qalibiyyət istəyirlər və onların buna iddiaları var. Əgər onlar qələbələr almasalar, aqressiv ola bilərlər.
Mən hər şeyi ölçüb-biçməliyəm, mən axmaq deyiləm. Mən özümə böyük təzyiq göstərirəm, amma mənə həmçinin düzgün silah gərəkdir ki, mübarizə apara bilim, əks halda bu, qırğın olacaq, mən isə özümün öldürülməyini istəmirəm.
Mən prezidentlə danışacağam və onda biz nə olacağını görəcəyik. Çempionlar Liqasına düşməyimiz müqabilində gəlirlərimiz olacaq, Xviça Kvaratsxeliyanın satışı bizə kömək etdi, amma indi biz prezidentlə dürüst danışacağıq”, deyə Konte vurğulayıb.
55 yaşlı italyan mütəxəssis Antonio Konte “Napoli”ni 2024-ci ilin iyul ayından çalışdırır. Kontenin Neapol təmsilçisi ilə müqaviləsinin müddəti 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
Konte “eşşəkciklər”i 36 oyuna çıxarıb, 23 qələbə, 8 heç-heçə, 5 məğlubiyyət yaşayıb. Top fərqi isə 62:31 nisbətindədir.
33 oyundan 71 xalla “Napoli” İtaliya A Seriyasının yarış cədvəlində 2-ci pillədə qərarlaşıb.