Antonio Rüdiger – Böyük futbol beşliyində ən sürətli oyunçu!

Almaniya yığmasının və “Real”ın müdafiəçisi Antonio Rüdiger böyük futbol beşliyi ölkələrinin milli çempionatlarının ən sürətli oyunçusudur.

Arena.az məlumat verir ki, “Givemesport” nəşri böyük futbol beşliyi ölkələrinin milli çempionatlarının ən sürətli oyunçularından ibarət siyahısını dərc edib.

Siyahının zirvəsində ən sürətli “mühərrikə” sahib oyunçu “Real”ın mərkəz müdafiəçisi Antonio Rüdigerdir.

Rüdiger cari mövsümdə 36,7 km/saat sürət nümayiş etdirə bilib.

Vurğulanır ki, müvafiq nəticə haradasa gözlənilməzdir.

Böyük futbol beşliyi ölkələrinin milli çempionatlarının ən sürətli oyunçularından ibarət ilk onluğu təqdim edirik:

  1. Antonio Rüdiger (“Real”) – 36,7 km/saat;
  2. Adama Traore (“Fulhem”) – 36,66 km/saat;
  3. Məhəmməd Salah (“Liverpul”) – 36,66 km/saat;
  4. Kərim Adeyemi (“Borussiya” (Dortmund)) – 36,65 km/saat;
  5. Mixaylo Mudrik (“Çelsi”) – 36,63 km/saat;
  6. Entoni Qordon (“Nyukasl”) — 36,61 km/saat;
  7. Usman Dembele (PSJ) – 36,6 km/saat;
  8. Darvin Nunyes (“Liverpul”) – 36,53 km/saat;
  9. Mussa Diabi (“Aston Villa”) – 36,52 km/saat;
  10. Rafael Leao (“Milan”) – 36,5 km/saat.