Anxel Di Mariya “Benfika”ya qayıda bilər – Romano açıqladı

Yuventus”un və Argentina yığmasının yarımmüdafiəçisi Anxel Di Mariya karyerasını “Benfika”da davam etdirə bilər.

Arena.az transfer məsələlərində nüfuzlu mənbələrə giriş imkanı olan italyan jurnalist Fabrisio Romanoya istinadən xəbər verir ki, “Benfika” sabiq futbolçusunu geri qaytarmaq niyyətindədir.

Rəsmi danışıqlar başlanılmasa da, gələcək həftələrdə klub rəsmilərinin Di Mariyanı maraqlandırmaq üçün fəaliyyətə keçəcəyi deyilir.

“Yuventus”un Di Mariya ilə müqaviləsi cari ilin iyun ayında başa çatacaq. “Transfermarkt” internet-portalı yarımmüdafiəçini 10 milyon avro məbləğində qiymətləndirir.

Di Mariya “Qoca sinyora”ya 2022-ci ilin yayından xidmət edir. Cari mövsümdə argentinalı 34 dəfə turinlilərin heyətində meydana çıxıb. O, bu oyunlarda 8 qol və 7 qol ötürməsi ilə yadda qalıb.

Xatırladaq ki, Anxel Di Mariya 2007-2010-cu illər aralığında məhz “Benfika”da çıxış edib. O, Portuqaliya təmsilçisində 121 oyuna 15 qol vurub, 28 assist müəllifi olub. 2010-cu ilin iyulunda isə klub onu 33 milyon avroya “Real”a satıb.