AFFA Apellyasiya Arbitraj Tribunalı Birinci Divizionda mübarizə aparan “Mingəçevir” klubunun şikayətinə baxıb. Arena.az xəbər verir ki, qurum Mingəçevir təmsilçisi tərəfindən verilən apellyasiya şikayətini təmin etməyib:
“İntizam Komitəsi tərəfindən Birinci Divizionda çıxış edən “Mingəçevir”in oyunçusu Elsevər Bəkirzadə barəsində verilmiş 4 oyunluq kənarlaşdırma cəzası qüvvədə qalsın”.
AFFA Apellyasiya Arbitraj Tribunalı Gənclər Liqasında mübarizə aparan “Zəfər-44” Futbol Klubu tərəfindən verilmiş apellyasiya şikayətlərini də təmin etməyib:
“İntizam Komitəsi tərəfindən “Zəfər-44” komandasının baş məşqçisi Vidadi Salmanov və koordinatoru Bəxtiyar Salmanov barəsində verilmiş 10 oyun stadiona giriş qadağası qüvvədə qalsın. Komanda barəsində verilmiş 0:3 hesabı ilə texniki məğlubiyyət və 1 oyun azarkeşsiz keçirmək cəzaları da qüvvədə qalsın.
İntizam Komitəsi tərəfindən “Zəfər-44” komandasının oyunçusu Ruslan Tağızadə barəsində verilmiş 10 oyun kənarlaşdırma cəzası qüvvədə qalsın.


