Apple TV Messi haqqında sənədli serial nümayiş etdirəcək

Apple TV futbol üzrə Argentina milli komandasının ulduz hücumçusu Lionel Messi haqqında sənədli serial hazırlayır.

Arena.az xəbər verir ki, serial dörd hissədən ibarət olacaq.

Kinolent Paris, Qətər və Argentinada çəkilib. Serialın motivi Argentina yığmasının 2022-ci il dünya çempionatında qazandığı qələbəyə əsaslanır.

Serialda Messi ilə üzbəüz müsahibələr, komanda yoldaşları, məşqçilər, rəqiblər, azarkeşlər və şərhçilər ilə söhbətlər yer alacaq.

Xatırladaq ki, son mövsümü Fransa çempionu PSJ-də keçirən Lionel Messi artıq Paris təmsilçisindən ayrılıb. Onun yeni mövsümdən hansı klubda çıxış edəcəyi böyük maraqla gözlənilir.