Araz Abdullayevə “Gilani” ilə matçda da ehtiyac duyulmadı

Azərbaycanlı yarımmüdafiəçi Araz Abdullayevin formasını geyindiyi Kosovonun “Lapi” komandası növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, sözügedən kollektiv Kosovo Super Liqasının 15-ci turu çərçivəsində “Gilani” ilə qarşılaşıb.

Futbolçumuzun komandası səfərdə baş tutan bu oyundan qələbə ilə ayrılıb – 2:0. “Lapi” 83 və 90+3-cü dəqiqələrdə vurduğu qollar sayəsində növbəti 3 xalını qazanıb.

Araz bu görüşün iştirakçısı olmayıb. Zədədən əziyyət çəkən azərbaycanlı futbolçunun adı bu qarşılaşmanın da iştirak ərizəsinə daxil edilməyib.

“Lapi” bu qələbədən sonra 28 xalla 10 iştirakçı arasında ikinci pillədə qərarlaşıb.

Xatırladaq ki, Araz Abdullayev “Lapi” ilə bu ilin yayında 1 illik müqavilə imzalayıb. O, bu komandada indiyə qədər 5 oyun keçirib, 1 məhsuldar ötürmə müəllifi olub.

Ötən mövsümü “Sumqayıt”da keçirmiş Abdullayev Azərbaycan millisində 44 oyuna çıxıb və 3 qolla yadda qalıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: