Araz Abdullayev “Ballkani” ilə matçda da yada düşmədi

Azərbaycanlı yarımmüdafiəçi Araz Abdullayevin formasını geyindiyi Kosovonun “Lapi” komandası növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, sözügedən kollektiv Kosovo Super Liqasının 17-ci turu çərçivəsində lider “Ballkani” ilə qarşılaşıb.

Futbolçumuzun komandası doğma meydanda baş tutan bu oyundan qələbə ilə ayrılıb – 5:3. “Lapi” ilk hissədə 3, ikinci hissədə isə 2 qol vurmaqla inamlı qələbə qazanıb. Bu, lider “Ballkani”nin cari mövsümdəki ilk məğlubiyyəti olub.

Araz bu görüşün iştirakçısı olmayıb. Zədədən əziyyət çəkən azərbaycanlı futbolçunun adı bu qarşılaşmanın da iştirak ərizəsinə daxil edilməyib.

“Lapi” bu nəticədən sonra 31 xalla 10 iştirakçı arasında üçüncü pillədə qərarlaşıb.

Xatırladaq ki, Araz Abdullayev “Lapi” ilə bu ilin yayında 1 illik müqavilə imzalayıb. O, bu komandada indiyə qədər 5 oyun keçirib, 1 məhsuldar ötürmə müəllifi olub.

Ötən mövsümü “Sumqayıt”da keçirmiş Abdullayev Azərbaycan millisində 44 oyuna çıxıb və 3 qolla yadda qalıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: