Araz Abdullayev “Lapi”yə yenə lazım olmadı

Azərbaycanlı yarımmüdafiəçi Araz Abdullayevin formasını geyindiyi Kosovonun “Lapi” komandası növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, sözügedən kollektiv Kosovo Super Liqasının 16-cı turu çərçivəsində “Malişeva” ilə qarşılaşıb.

Futbolçumuzun komandası doğma meydanda baş tutan bu oyundan məğlubiyyətlə ayrılıb – 0:1. “Lapi” 6-cı dəqiqədə buraxdığı qolun əvəzini çıxa bilməyib və bu mövsüm 4-cü dəfə xalsız qalıb.

Araz bu görüşün iştirakçısı olmayıb. Zədədən əziyyət çəkən azərbaycanlı futbolçunun adı bu qarşılaşmanın da iştirak ərizəsinə daxil edilməyib.

“Lapi” bu nəticədən sonra 28 xalla 10 iştirakçı arasında ikinci pillədə qərarlaşıb.

Xatırladaq ki, Araz Abdullayev “Lapi” ilə bu ilin yayında 1 illik müqavilə imzalayıb. O, bu komandada indiyə qədər 5 oyun keçirib, 1 məhsuldar ötürmə müəllifi olub.

Ötən mövsümü “Sumqayıt”da keçirmiş Abdullayev Azərbaycan millisində 44 oyuna çıxıb və 3 qolla yadda qalıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: