Araz Abdullayev oynadı, “Etnikos” səfərdən qələbə ilə döndü

Futbol üzrə Kipr çempionatında 13-cü turun oyunları keçirilib. Arena.az xəbər verir ki, azərbaycanlı yarımmüdafiəçi Araz Abdullayevin formasını geyindiyi “Etnikos” da növbəti matçına çıxıb.

Sözügedən kollektiv səfərdə “Paeek”lə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb – 2:0.

Araz da bu görüşün iştirakçısı olub. O, komandasının start heyətində meydana çıxıb və 56-cı dəqiqədə əvəzlənib.

“Etnikos” 13 turdan sonra 8 xalla 12 kollektiv arasında sonuncu pillədə qərarlaşıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: