Araz Abdullayev oynadı, “Etnikos” yenə uduzdu

Futbol üzrə Kipr çempionatında 5-ci turun oyunları keçirilib. Arena.az xəbər verir ki, azərbaycanlı yarımmüdafiəçi Araz Abdullayevin formasını geyindiyi “Etnikos” da növbəti matçına çıxıb.

Sözügedən kollektiv doğma meydanda “Aris”lə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 0:3.

Araz da bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 28-ci dəqiqədə əvəzlənib.

“Etnikos” 5 turdan sonra 1 xalla 12 kollektiv arasında sonuncu pillədə qərarlaşıb.