Araz Abdullayev qol ötürməsi verdi, “Lapi”…

Azərbaycanlı yarımmüdafiəçi, 31 yaşlı futbolçu Araz Abdullayev Kosovonun “Lapi” komandasında növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, o, Kosovo Super Liqasının 7-ci turu çərçivəsində baş tutan “Malişeva” ilə matçın iştirakçısı olub.

Futbolçumuzun komandası səfərdə baş tutan bu oyundan qələbə ilə ayrılıb – 3:2. Araz görüşün 82-ci dəqiqəsində meydana buraxılıb. 21 və 52-ci dəqiqələrdə qol buraxan “Lapi” Araz meydana çıxarkən 1:2 hesabıyla məğlub durumda olub. Amma məhz onun meydana çıxdıqdan sonra verdiyi məhsuldar ötürmə sayəsində komanda yoldaşı Ahmed Yanuzi hesaba tarazlıq gətirib. 90+9-cu dəqiqədə penaltidən daha bir qol vuran futbolçumuzun komandası əzmkar qələbəyə sevinib.

Bu qələbədən sonra “Lapi” 16 xalla 10 iştirakçı arasında zirvədə qərarlaşıb.

Xatırladaq ki, Araz Abdullayev “Lapi” ilə bu yay 1 illik müqavilə imzalayıb. O, bu komandada artıq 4 oyun keçirsə də, hələ qol vurmaq baxımından fərqlənə bilməyib.

Ötən mövsümü “Sumqayıt”da keçirmiş Araz Azərbaycan millisində 44 oyuna çıxıb və 3 qolla yadda qalıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: