Azərbaycanlı yarımmüdafiəçi Araz Abdullayevin formasını geyindiyi Kosovonun “Lapi” komandası növbəti matçına çıxıb.
Arena.az xəbər verir ki, sözügedən kollektiv Kosovo Super Liqasının 12-ci turu çərçivəsində “Fuşe Kosova” ilə qarşılaşıb.
Futbolçumuzun komandası doğma meydanda baş tutan bu oyundan heç-heçə ilə ayrılıb – 1:1.
Araz bu görüşün iştirakçısı olmayıb. Zədədən əziyyət çəkən azərbaycanlı futbolçunun adı qarşılaşmanın iştirak ərizəsinə daxil edilməyib.
“Lapi” bu nəticədən sonra 21 xalla 10 iştirakçı arasında üçüncü pillədə qərarlaşıb.
Xatırladaq ki, Araz Abdullayev “Lapi” ilə bu yay 1 illik müqavilə imzalayıb. O, bu komandada indiyə qədər 5 oyun keçirib, 1 məhsuldar ötürmə müəllifi olub.
Ötən mövsümü “Sumqayıt”da keçirmiş Abdullayev Azərbaycan millisində 44 oyuna çıxıb və 3 qolla yadda qalıb.


