Futzal üzrə Çempionlar Liqasının final mərhələsində mübarizə aparacaq “Araz” (Naxçıvan) iştirak ərizəsini UEFA-ya göndərib.
Arena.az xəbər verir ki, Naxçıvan klubu həlledici mərhələdə 19 oyunçunun xidmətindən istifadə edəcək.
Heyətdə 3 qapıçı, 5 müdafiəçi və 11 hücumçu yer alıb. Baş məşqçi Joze Alesio da Silva qitənin ən nüfuzlu klub turnirində bu oyunçuların xidmətinə ehtiyac duyub:
Qapıçılar: Rövşən Hüseynli, Emin Kürdov, Cavad Məmmədov;
Müdafiəçilər: Rizvan Fərzəliyev, Amir Şocaei, Murilyo Borges, Hadi Əhmədi, Oruc Baxşəlizadə;
Hücumçular: Samir Həmzəyev, Namiq Məmmədkərimov, David Qustavo dos Santos, Ramiz Çovdarov, Maneka, İsa Atayev, Xətai Bağırov, Tofiq Mikayılov, Nurlan Mehdizadə, Eşhaq Şorqali, Felipinyo.
B yolunda yer alan “Araz” “Uraqan İvano-Frankivsk” (Ukrayna), “Ligeni” (Kosovo) və “Yunayted Qalati” (Rumıniya) klubları ilə birlikdə 6-cı qrupda mübarizə aparacaq. Bu qrupun oyunları Ukraynada olacaq.
Əsas mərhələnin oyunları oktyabrın 26-dan 31-dək keçiriləcək.


