“Araz Naxçıvan” 2 futzalçısı ilə vidalaşdı

Futzal üzrə Azərbaycan çempionatının 2022/2023 mövsümünün qalibi olan “Araz Naxçıvan” komandası 2 futzalçı ilə müqaviləni yeniləməyib. Arena.az xəbər verir ki, bu barədə Azərbaycan Futzal Federasiyasının rəsmi saytı məlumat yayıb.

Xəbərdə bildirilir ki, braziliyalı Andreu Varqas və Viktor Ponse komandadan ayrılıb. Hər iki futzalçı ötən yay komandaya cəlb edilsə də, zədə üzündən mövsümün çox hissəsində komandasına kömək edə bilməyib. Bu üzdən də Naxçıvan təmsilçisi onların heyətdə saxlanılmasına ehtiyac duymayıb.

Xatırladaq ki, “Araz Naxçıvan” bir neçə gün öncə baş tutan Yüksək Liqanın final matçında “Neftçi” İK üzərində 4:1 hesablı qələbə sayəsində tarixində 17-ci dəfə Azərbaycan çempionu olub.