Azərbaycan kubokunun yarımfinal mərhələsinin cavab oyununda “Qarabağ”la qarşılaşacaq “Araz-Naxçıvan” hazırlığını davam etdirir.
Arena.az xəbər verir ki, bu barədə Naxçıvan klubunun mətbuat xidməti məlumat yayıb.
Xəbərdə vurğulanır ki, bugünkü məşqə zədəsini müalicə etdirən futbolçulardan Bəxtiyar Həsənalızadə və Miço Kuzmanoviç də qoşulublar. Bu futbolçuların aprelin 23-də keçiriləcək oyunda iştirakı matç günü məlum olacaq.
Xatırladaq ki, Bəxtiyar Həsənalızadə və Miço Kuzmanoviç xeyli müddət idi zədə səbəbindən komandalarına kömək edə bilmirdilər.
“Qarabağ” – “Araz-Naxçıvan” oyunu aprelin 23-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Qarşılaşmaya saat 17:00-da start veriləcək. Bu komandaların ilk görüşündə Naxçıvan təmsilçisi 1:0 hesablı qələbə qazanıb.