“Araz-Naxçıvan” klubu futbol üzrə Azərbaycan Kubokunda 2024/2025-ci illər mövsümünün 1/4 final mərhələsinə vəsiqə qazanıb.
Arena.az xəbər verir ki, Elmar Baxşıyevin baş məşqçisi olduğu kollektiv 1/8 finalda “Mingəçevir”lə üz-üzə gəlib.
Qarşılaşma Naxçıvan təmsilçisinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. “Araz-Naxçıvan” növbəti raundda “Zirə” – “Şamaxı” matçının qalibi ilə üz-üzə gələcək.
Xatırladaq ki, daha əvvəl “Səbail” Azərbaycan kubokunun 1/4 finalına yüksəlmişdi. Günün son oyununda “Sabah” və “Turan Tovuz” klubları münasibətlərinə aydınlıq gətirəcəklər. 1/8 final mərhələsinə dekabrın 4-də yekun vurulacaq.
Azərbaycan kuboku
1/8 final
3 dekabr
Araz-Naxçıvan – Mingəçevir 3:1
Qollar: Ülvü İsgəndərov, 5, Bernardo Dias, 21, Sezar Meza Kolli, 66 – Elmin Bayramov, 80.
Hakimlər: Əkbər Əhmədov, Müslüm Əliyev, Şirmamed Mamedov, Səbuhi Bayramov.
Hakim-inspektor: Vüsal Əliyev.
Mərdəkan. “Dalğa Arena”.
Araz-Naxçıvan: 94. Tərlan Əhmədli, 34. Ürfan Abbasov (k), 7. Ülvi İsgəndərov, 26. Ömər Buludov, 22. Elçin Mustafayev, 20. Turan Vəlizadə, 24. Mustafa Əhmədzadə, 71. Sənan Ağalarov, 21. Sezar Meza Kolli, 17. İssuf Paro, 10. Bernardo Dias.
Ehtiyat oyunçular: 1. Vüsal Şabanov, 5. Qara Qarayev, 3. Bəxtiyar Həsənalızadə, 2. Slavik Alxasov, 88. Tuqay Əlizadə, 11. Bayraməli Qurbanov, 57. Elcan Məmmədov, 16. Ramon Maçado, 29. Vanderson Melo, 23. Nuno Rodriqes, 14. Miço Kuzmanoviç, 97. Felipe Santos.
Baş məşqçi: Elmar Baxşıyev.
Mingəçevir: 25. Afiq Musayev, 97. Tural Məmmədzadə (k), 60. Elmin Bayramov, 81. Xəyal Muradov, 18. Elvin Əliyev, 32. Elvin Əsgərov, 10. Muxtar Nəzərli, 24. Xəyal Xudaverdiyev, 15. Elnur Mirzəyev, 9. İlkin Əliyev, 8. Fuad Əhmədov.
Ehtiyat oyunçular: 1. Mövlan Kərimov, 21. Nizami Səmədov, 17. Taleh Fərmanov, 23. Rüstəm Quluzadə.
Baş məşqçi: Ədəhim Niftəliyev.


