“Araz-Naxçıvan” daha 2 futzalçı ilə anlaşdı

Futzal üzrə Azərbaycan çempionu “Araz-Naxçıvan” 2024/2025-ci illər mövsümünün startı ərəfəsində heyətini yeni oyunçularla gücləndirib.

Arena.az bu barədə Azərbaycan Futzal Federasiyasının rəsmi saytına istinadən xəbər verir.

Ölkə çempionu “Yay transfer pəncərəsi”nin son günündə iki futzalçı ilə anlaşıb. 28 yaşlı Əli Rüstəmi və 31 yaşlı Əmirhuseyin Rəsuli “qırmızı-ağlar”ın formasını geyinəcək. Hər iki futzalçı qeydiyyatdan keçirilib. Onlar sabah “Baku Fire” ilə baş tutacaq görüşdə iştirak edə biləcəklər.

Xatırladaq ki, “Baku Fire” – “Araz-Naxçıvan” görüşünə sabah saat 14:30-da start veriləcək.

Xəbəri sosial şəbəkələrdə paylaş: