“Araz-Naxçıvan” Todoriç və Rəhimovla müqavilə bağladı

2023/2024 mövsümünün qalan hissəsinin hazırlığa dünəndən başlayan “Araz-Naxçıvan” növbəti transferlərini reallaşdırıb.

Arena.az xəbər verir ki, futzal üzrə son Azərbaycan çempionu Bosniya və Herseqovinadan Miloş Todoriçlə anlaşıb.

Serbiyanın “Loznitsa Qrad” klubundan “qırmızı-ağlar”a təşrif buyuran 20 yaşlı futzalçı ilə anlaşma mövsümün sonuna qədərdir.

Naxçıvan komandasının digər transferi yerli futzalçıdır. Nijni-Novqorod şəhərinin təmsilçisi “Torpedo-2”nin yetirməsi olan Həsənəli Rəhimov da cari çempionatın sonuna qədər “qırmızı-ağlar”ın formasını geyinəcək.

Xatırladaq ki, “Araz-Naxçıvan” bu transferlərə qədər braziliyalı hücumçu Andre Korrea dos Santos Juniorla anlaşmışdı.