“Araz-Naxçıvan” üçün 25-ci qələbə

“Araz-Naxçıvan” komandası futbol üzrə Azərbaycan çempionatlarında (Premyer Liqa) 25-ci qələbəsini qazanıb.

Arena.az bu barədə Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir.

Bu, Azərbaycan Premyer Liqasının 2024/2025-ci illər mövsümünün 10-cu turuna təsadüf edib. Elmar Baxşıyevin baş məşqçisi olduğu kollektiv Şamaxı səfərində eyniadlı komandaya 1:0 hesabı ilə qalib gəlib.

Naxçıvan təmsilçisi Premyer Liqadakı 87-ci görüşündə 25-ci uğura nail olub. 17 ev qələbəsi olan komanda səfərdə 8-ci dəfə üç xala sevinib.

Naxçıvan klubunun ilk qələbəsi 2000/2001 mövsümünə təsadüf edib. 2000-ci il avqustun 20-də Quba “Şahdağ”ının qonağı olan komanda 1:0 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, “Araz-Naxçıvan” ölkə çempionatları tarixində ən azı 25 qələbəsi olan 36-cı komandadır.

Naxçıvan təmsilçisi cari mövsümün 10 turundan sonra 20 xalla 10 iştirakçı arasında 3-cü pillədə qərarlaşıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: