“Araz-Naxçıvan”da Ribeyro və Nəsirli kollektivə qoşuldular

Azərbaycan kubokunun 1/4 final mərhələsinin cavab matçında sabah “Qəbələ” ilə qarşılaşacaq “Araz-Naxçıvan” bu oyuna hazırlığı başa vurub.

Arena.az xəbər verir ki, Azər Bağırovun rəhbərlik etdiyi komanda bu gün Qəbələ şəhər stadionunun ehtiyat meydanında oyunöncəsi son məşqini keçib.

Təxminən 1 saat davam edən taktiki-texniki məşq prosesində müalicəsini davam etdirən Abdulla Rzayev iştirak etməyib. Əvəzində İqor Ribeyro və Ramin Nəsirli kollektivə qoşulub. Hər iki futbolçu baş məşqçinin şans verəcəyi təqdirdə sabahkı görüşdə iştirak etmək gücündədir.

Xatırladaq ki, fevralın 9-da Qəbələ şəhər stadionunda keçiriləcək “Qəbələ” – “Araz-Naxçıvan” oyununa saat 16:00-da start veriləcək. Bu komandalar arasında keçirilmiş ilk oyunda 1:1 hesablı heç-heçə qeydə alınmışdı.

Xəbəri sosial şəbəkələrdə paylaş: