Bu gün futbol üzrə Azərbaycan Kubokunda 2024/2025-ci illər mövsümünün 2-ci təsnifat mərhələsinin növbəti oyunları keçirilib.
Arena.az xəbər verir ki, ikinci oyun gününə nəzərdə tutulmuş matçlardan daha ikisi başa çatıb.
Bu oyunlardan sonra “Kəpəz” və “Araz-Naxçıvan” komandaları da 1/8 final mərhələsinə vəsiqə qazanıblar. Sözügedən komandalar müvafiq olaraq “Ağdaş” və “Şahdağ Qusar”la üz-üzə gəliblər. Gəncə təmsilçisi rəqibini 6:0, Naxçıvan klubu isə 4:0 hesabı ilə üstələyib.
“Kəpəz” növbəti raundda “İmişli” – “Cəbrayıl” cütünün, “Araz-Naxçıvan” isə “Mingəçevir” – “Zaqatala” duelinin güclüsü ilə qarşılaşacaq.
Xatırladaq ki, daha öncə “Turan Tovuz” “Hypers Quba”nı 7:2, MOİK isə “Şimal”ı 3:1 hesabı ilə məğlub edərək Azərbaycan Kubokunda 1/8 finala yüksəliblər. Bu gün Premyer Liqa klublarından “Səbail” “Dinamo” ilə üz-üzə gələcək. Mərhələnin qalan oyunları 30-31 oktyabrda keçiriləcək.
Azərbaycan Kuboku
2-ci təsnifat mərhələsi
29 oktyabr
Şahdağ Qusar – Araz-Naxçıvan 0:4
Qollar: Sənan Ağalarov, 19; 49. Bernardo Dias 45. Elcan Məmmədov 81.
Hakimlər: Əli Əliyev, Zöhrab Abbasov, Rəhman Aslanov, Niyaz Əhmədov.
Bakı. “Dalğa Arena”, 16:00.
Şahdağ Qusar: 12. Rafiq Kərimov, 15. Nodar Məmmədov, 14. Rahid Əmirquliyev (k), 19. İlyas Səfərzadə, 6. Vüsal Hüseynov, 70. Ruslan Hacıyev, 9. Famil Camalov, 4. Rubin Seyidov, 21. Ruslan Ağalarov, 71. Cavid Quliyev, 77. Ədilxan Qarəhmədov.
Ehtiyat oyunçular: 1. Babək Allahverdiyev, 99. Elmar Əzizov, 8. Fərman Qənbərov, 88. Mehdi Rəsulov, 7. Salman Atluxanov, 44. Afin Bağırov, 17. Emin Quliyev, 10. Mehman Məsimov, 30. İlkin Mikayılov, 55. Firuz Əhmədov, 38. Said Əliyev.
Baş məşqçi: Elnur Abdullayev.
Araz-Naxçıvan: 94. Tərlan Əhmədli, 2. Slavik Alxasov (k), 7. Ülvi İsgəndərov, 22. Elçin Mustafayev, 20. Turan Vəlizadə, 11. Bayraməli Qurbanov, 71. Sənan Ağalarov, 21. Sezar Meza Kolli, 17. İssuf Paro, 23. Nuno Rodriqes, 10. Bernardo Dias.
Ehtiyat oyunçular: 1. Vüsal Şabanov, 34. Ürfan Abbasov, 3. Bəxtiyar Həsənalızadə, 26. Ömər Buludov, 88. Tuqay Əlizadə, 24. Mustafa Əhmədzadə, 57. Elcan Məmmədov, 16. Ramon Maçado, 29. Vanderson Melo, 14. Miço Kuzmanoviç, 4. İqor Ribeyro, 97. Felipe Santos.
Baş məşqçi: Elmar Baxşıyev.
Ağdaş – Kəpəz 0:6
Qollar: Lassana Ndiaye, 10. Kərim Lkuça 17-pen; 42, Tural Rzayev, 21; 60. Nicat Məmmədov 63.
Hakimlər: Səbuhi Bayramov, Sənan Atayev, Rasim Axundov, Əkbər Əhmədov.
Tovuz şəhər stadionu, 16:00.
Ağdaş: 1. Ümid Paşayev, 5. Vasif Nəsirov (k), 9. Oleq Xəlilov, 33. Elçin Süleymanov, 4. Azad Əzimli, 24. Elvin İsmayılov, 8. Akif Abdullayev, 20. Ülvi Sarıyev, 36. Şahin Həsənli, 21. Eşqin Vəliyev, 14. Aqşin Yaqubov.
Ehtiyat oyunçular: 12. Ruslan Hüseynov, 18. Pərvin Quliyev, 26. Taleh Yusifli, 27. Rəvan Əliyev.
Baş məşqçi: Ruslan Hüseynov.
Kəpəz: 22. Məmməd Hüseynov, 80. Tural Rzayev, 99. Əli Səmədov, 12. Turan Manafov, 20. Mahir Həsənov, 21. Camal Cəfərov, 17. Ümid Səmədov, 29. Dioqo Verdaska, 78. Yeqor Kvalko (k), 10. Karim Lkuça, 19. Lassana Ndiaye.
Ehtiyat oyunçular: 1. Rojerio Santos, 11. Orxan Əliyev, 7. Ehtiram Şahverdiyev, 70. Nicat Suleymanov, 5. Rauf Hüseynli, 6. Nemət Musayev, 97. Nicat Məmmədov, 44. Nihat Fərəci, 57. Amur Yusifov, 9. Luis Paçu, 77. Viktor Braqa.
Baş məşqçi: Azər Bağırov.


