Futbol üzrə Azərbaycan Birinci Liqasında mübarizə aparan “Araz Saatlı” 2023/2024 mövsümünün ikinci yarısının hazırlığına start verib.
Arena.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Xəbərdə bildirilir ki, məşqdən əvvəl yeni futbolçular komandaya təqdim olunublar. Belə ki, Ravil Yusifli, Ceyhun Rəcəbli və Elnur Mustafazadə qış fasiləsindən sonra “Araz Saatlı”nın heyətində çıxış edəcəklər.
Toplanışın birinci mərhələsində məşqlərə U-15 komandasından fərqlənən iki gənc də cəlb olunub. Bundan əlavə düşərgədə baxışda olan futbolçular da var.
Hazırlığın ilk mərhələsinin yekununda “Araz Saatlı” yanvarın 14-də “Şamaxı”ya qarşı yoxlama oyunu keçirəcək. Saatlı Olimpiya İdman Kompleksinin stadionunda keçiriləcək bu oyuna saat 14:00-da start veriləcək.