“Araz Saatlı” nigeriyalı futbolçu ilə müqavilə bağladı

Birinci Liqada mübarizə aparan və çempionatın aşkar autsayderi olan “Araz Saatlı” heyətini legioner futbolçu ilə gücləndirib.

Arena.az xəbər verir ki, sözügedən klub artıq bir neçə gündür, komandada baxışda olan nigeriyalı Elijah Junior Beni öz heyətinə qatıb.

18 yaşlı mərkəz yarımmüdafiəçisi ilə mövsümün sonuna qədər müqavilə bağlanılıb. Futbolçu 19 nömrəli forma ilə sabah baş tutacaq “Difai Ağsu” ilə oyunda meydana çıxacaq.

Xatırladaq ki, Birinci Liqanın 5-ci turu çərçivəsində baş tutacaq “Araz Saatlı” – “Difai Ağsu” sabah Saatlı Olimpiya İdman Kompleksinin stadionunda keçiriləcək. Oyuna saat 15:00-da start veriləcək.

Geridə qalan 4 turda bütün oyunlarından məğlub ayrılmış Saatlı təmsilçisi hazırda 10 iştirakçı arasında sonuncu pillədə qərarlaşıb.